Həbs dalğası Gümrüyə keçdi

18:21 | 23.06.2015
Həbs dalğası Gümrüyə keçdi

Həbs dalğası Gümrüyə keçdi

Ermənistanın ikinci şəhərində onlarla insan saxlanılıb

Elektrik enerjisinin tariflərinin artımına etiraz olaraq İrəvanda keçirilən aksiyalara qoşulmuş Gümrü şəhərində də kütləvi həbslər başlayıb. 

ANS PRESS-in məlumatına görə, Gümrüdə 12-dən çox adam həbs edilib. Həbslərə bu səhər Gümrünün Teatr meydanında başlanılıb. Dünən axşam Gümrüdə də İrəvandakı aksiyalara dəstək mitinqi başlanılmışdı. 

Bu səhər İrəvanda elektrik enerjisi tariflərinin artırılması ilə bağlı keçirilən etiraz aksiyası dəhşətli şəkildə dağıdılıb. Mitinqçilərə hücum edən mülki geyimli kişilər, polis əməkdaşları və xüsusi təyinatlılar insanları yerə yıxaraq paltarını soyundurur, onlara zərbələr endirir, ana söyüşləri ilə təhqir ediblər. Ermənistan prezidentinin adminstrasiyasının binası qarşısında etiraz edənlərə qarşı suvuranlardan istifadə edilib. Güclü su şırnağı qaçanların üzərinə nizamsız şəkildə yönəldilib. Mülki geyimli insanlar qaçanlara qarşı xüsusi amansızlıq ediblər. 200-dən çox adam həbs edilib. 

Hadisə zamanı onlarla jurnalist, sənət adamı və yazıçı həbs edilib. Bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb. Polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırır.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq "Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. Iyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. 

Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM