Həbs edilən kriminal avtoritetlə bağlı YENİ XƏBƏR

14:32 | 29.11.2019
Həbs edilən kriminal avtoritetlə bağlı YENİ XƏBƏR

Həbs edilən kriminal avtoritetlə bağlı YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Rafael Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Anews.az "report"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
R.Hüseynovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, kriminal avtoritet kimi tanınan 1975-ci il təvəllüdlü Rafael Oktay oğlu Hüseynov sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.

R.Hüseynov ittihamla özünü təqsirli bilmir.
O, daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti