Əvvəlcə həbs olunduğu, sonra isə istintaqa cəlb edildiyi bildirilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti AzNews.az-a açıqlama verib.
HDQ-nın köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov bildirib ki, həbsi ilə bağlı xəbər həqiqətə uyğun deyil və bu onu istəməyən şəxslər tərəfindən uydurulub. X. Qurbanov əlavə edib ki, Silahlı Qüvvələr bağlı neqativ məlumatları yayan şəxslər ordunu istəməyən qüvvələrdir.
Xatırladaq ki, AzNews.az-da qeyd olunan xəbərdə bildirilmişdi ki, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev ağır cinayətdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilib. Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov isə istintaqa cəlb olunub.ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !