Azərbaycan qanunvericiliyində həbs yerləri anlayışı cinayət-prosessual qanunvericiliyin əsas anlayışları sırasına salınıb.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə 7.0.38-1 maddəsi əlavə edilir. Yeni maddədə həbs yerlərinin konkret siyahısı verilir. Maddəyə görə, həbs yerləri-tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtları və istintaq təcridxanalarıdır. Layihə Milli Məclisin 27 dekabr iclasında müzakirəyə çıxarılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !