Həbsdə olan ilahiyyatçının kamerasından mobil telefon tapılıb

22:30 | 30.12.2013
Həbsdə olan ilahiyyatçının kamerasından mobil telefon tapılıb

Həbsdə olan ilahiyyatçının kamerasından mobil telefon tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1  ədəd “Nokia” markalı mobil telefon aparatı və 1  ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1959-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Alışan oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içərisində gizlətdiyi 2 ədəd sellofan bükülüdə olan narkotik maddə aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM