Həbsdə olan jurnalistlər azadlığa buraxıldı

09:47 | 13.02.2015
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı

Həbsdə olan jurnalistlər azadlığa buraxıldı

Misirdə 400 gündən çoxdur ki, həbsdə saxlanılan Əl-Cəzirə telekanalının jurnalisti Məhəmməd Fəhmi 29 min avro girov müqabilində azadlığa buraxılıb.

Misir hökuməti Fəhmini ölkədə fəaliyyəti dayandırılan "Müsəlman Qardaşlığı” partiyası ilə əməkdaşlıq etməkdə, mediyada təşkilat üzvlərinin sözünü deməkdə ittiham edir.

Fəhmi və onunla birlikdə həbs olunan telekanalının digər əməkdaşı Baxər Məhəmməd bir qədər əvvəl apelyasiya məhkəməsinə müraciət etmişdi. Juranlistlərin işinə dair növbəti məhkəmə prosesi fevralın 23-ünə kimi təxirə salınıb.

Jurnalistlərin saxlanılması rəsmi Qahirəyə qarşı beynəlxalq təzyirlərin artmasına səbəb olub. Tənqidçilər hökuməti ölkədə söz və ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edirlər.

Hər iki jurnalist 7 və 10 il olmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.//ANS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM