Həbsdə olan sabiq nazirin məhkəməsi başlayir

12:43 | 12.02.2014
Həbsdə olan sabiq nazirin məhkəməsi başlayir

Həbsdə olan sabiq nazirin məhkəməsi başlayir

Həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

APA-nın məlumatına görə, hazırlıq iclası fevralın 17-nə təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl N. Quliyevin barəsində olan cinayət işi üzrə ittiham aktı istintaq orqanı tərəfindən təsdiqlənərək baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İ. Hakim İlkin Rəcəbovun icraatına verilib. Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib. N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM