Həbsdə qalan jurnalist Elnarə Qasımovanın vəsatəti təmin edilməyib

16:30 | 10.05.2024
Həbsdə qalan jurnalist Elnarə Qasımovanın vəsatəti təmin edilməyib

Həbsdə qalan jurnalist Elnarə Qasımovanın vəsatəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Bu barədə Turan agentliyi jurnalistin anasına istinadla yazıb. 
 
 
Bundan öncə Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması ilə bağlı şikayəti də təmin etməyib. 
 
2023-cü ilin dekabrın 14-də Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib. 
 
Elnarə Qasımova yanvarın 13-də şəxslərin qabaqcadan əlbirliyi ilə qaçaqmalçılıqda (CM-nin 206.3.2-ci maddəsi) ittiham edilərək saxlanılıb.
 
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. 
 
Martın 7-də isə onun həbs müddəti 3 ay uzadılıb.
 
Aygün Mirakif 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM