Həbsdəki gənc fəalın anasından Ramil Usubova müraciət

11:15 | 09.12.2013
Həbsdəki gənc fəalın anasından Ramil Usubova müraciət

Həbsdəki gənc fəalın anasından Ramil Usubova müraciət

Bir neçə həftə əvvəl həbs olunan "Facebook" sosial şəbəkəsindəki “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilovun anası Nurcahan Əbilova daxili işlər naziri Ramil Usubova müraciət edib."qafqazinfo.az" xəbər verir ki, gənc fəalın anası müraciətdə 22 noyabr tarixində DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kirayə qaldıqları mənzildən oğlu Əbilov Əbdülə məxsus qanunsuz olaraq apardıqları noutbuk hələ də geri qaytarılmadığını bildirib:“Cənab Nazir, oğlum Əbilov Əbdül Əbdülmənaf oğlu CM-nin 234.3.4-cü maddəsi ilə təqsirkar bilinərək barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib. Baxmyaraq ki, oğlumun həbsinin əsas səbəbi "Feysbuk" sosial şəbəkəsindəki aktivliyi ilə bağlıdır. Belə ki, 22 noyabr 2013-cü il tarixində evimizə zorakı şəkildə "soxulan" DİN-nin MCMİ-nin "qoçuları" ilk olaraq "külli miqdarda" narkotik satmaqda ittiham olunan şəxsə məxsus noutbukun üstünə cumdular. Bu fakt bir daha təsdiq edir ki, onların niyyəti oğluma məxsus noutbuku götürməkdir və onun həbsinin əsas məqsədi Feysbuk sosial şəbəkəsində admini olduğu YALTAQLARA DUR DEYƏK səhifəsinin Azərbaycanda baş verən qanunsuz hərəkətləri işıqlandırmasıdır. Dekabr ayının 3-ü oğluma məxsus mobil telefon mənə qaytarılsa da, noutbuk və "blutuzlu" qulaqcıq qaytarılmadı. MCMİ-nin müstəntiqi Əfəndiyev Hacı mənə bildirdi ki, mən noutbuk görməmişəm.

Cənab Nazir, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq bildirirəm ki, oğlum Əbilov Əbdül Əbdülmənaf oğluna məxsus noutbuk və "blutuzlu" qulaqcığı bu həftə ərzində geri qaytarmasına kömək edəsiz”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti