Həbsdən çıxan Rza Zərrab 28 min lirəni necə qazandı? - VİDEO

12:36 | 11.03.2014
Həbsdən çıxan Rza Zərrab 28 min lirəni necə qazandı? - VİDEO

Həbsdən çıxan Rza Zərrab 28 min lirəni necə qazandı? - VİDEO

Həbsxanadan yeni çıxan iş adamı Rza Zərrabdan yeni xəbər var. ANS PRESS-in məlumatına görə, dekabr ayının 17-i böyük rüşvət əməliyyatında həbs olunan, fevralın 28-də azadlığa buraxılan Rza Zərrabın üzü at yarışında gülüb. İş adamının sahib olduğu "El Ganador" adlı ingilis atı 6 yarışçını arxada buraxaraq yarışın qalibi olub. 1500 metr məsafə üzrə keçirilən yarışda Gökhan Kocakayanın mindiyi “Əl Ganador” 6 rəqiblərini üstələyərək Rza Zərraba 28 min 500 lirə (təxmini 11 min AZN) mükafat qazandırıb. Nəticədə isə, Zərrabın atının ümumi qazancı 209 min 750 lirəyə çatıb. Qeyd edək ki, R. Zərrab daha bir atı xanımı Ebru Gündəşə ötən il ad günü hədiyyəsi olaraq bağışlamışdı. 800 min lirə (təxminən, 320 min AZN) dəyəri olan at müğənniyə indiyədək 1.5 milyon lirə (təxminən, 600 min AZN) qazandırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb