İranın cənub-qərbində yerləşən həbsxanada baş verən yanğın nəticəsində 11 məhkum həlak olubANN.Az İRNA-ya istinadən xəbər verir ki, İranın cənub-qərbindəki Şehrikürd şəhərində yerləşən həbsxanada yanğın baş verib və qəza zamanı 11 nəfər ölüb. Şehrikürd şəhərinin də daxil olduğu Çaharmahal və Bəxtiyar əyalətinin baş prokuroru Abdullah Musəvi faktı təsdiqləyib və hadisənin avqustun 4-dən 5-ə keçən gecə baş verdiyini, məhkumların əsasən tüstüdən boğularaq öldüyünü deyib. Musəvi yanğın zamanı 14 adamın yaralandığını bildirib. Yanğının səbəbinin hələ bilinmədiyini deyən Musəvi araşdırmaların davam etdiyini və ictimaiyyətə lazımlı açıqlamaların veriləcəyini söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !