Həbsxanadan yeni çıxan şəxs daha bir nəfəri öldürdü - Bakıda

12:04 | 17.09.2018
Həbsxanadan yeni çıxan şəxs daha bir nəfəri öldürdü - Bakıda

Həbsxanadan yeni çıxan şəxs daha bir nəfəri öldürdü - Bakıda

Bakıda həbsxanadan yeni çıxan şəxs DAHA BİR NƏFƏRİ ÖLDÜRDÜ

Anews.az publika.az-a istinadən xəbər verir ki, Suraxanı rayon sakini, 1979-cu il təvəllüdlü Dostəli Abuzərov tanışı, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.

Daha əvvəl də qətl törətdiyi üçün məhkum edilmiş və yenicə həbsxanadan çıxan D.Abuzərov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 2006-cı ildə Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov taksi sürücüsü kimi fəaliyyət göstərən Salyan rayon sakini Qüdrət Malıyevi güllələyərək öldürüb. O, həmin vaxt öldürdüyü şəxsin meyitini həyətində gizlədərək, avtomaşında arvadının Goradil kəndində yaşayan babası B.Begiyevin evinə gətirib.

Daha sonra xalasının evində gizlənən D.Abuzərov tutularaq istintaqa təhvil verilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM