Heç bir məhkumun qaça bilmədiyi dünyanın ən çətin həbsxanası… – FOTOLAR

22:15 | 11.01.2019
Heç bir məhkumun qaça bilmədiyi dünyanın ən çətin həbsxanası… – FOTOLAR

Heç bir məhkumun qaça bilmədiyi dünyanın ən çətin həbsxanası… – FOTOLAR

Heç bir məhkumun qaça bilmədiyi dünyanın ən çətin həbsxanası.
Anews.az Moderator.az-a istinadən xəbər verir ki, Alcatraz həbsxanası dünyanın ən qorxunc həbsxanaları siyahısına daxil edilib. 1933-cü ildə Alcatraz minimum qoruma xidmətinə malik olub. Məhkumlar adada yaşayanların uşaqlarına baxıcılıq ediblər.
Alcatraz məhkumlarına isti su verən tək həbsxanadır. Bunun isə səbəbləri var. Məhkumlar isti suya öyrəşdikləri üçün əgər həbsxanadan qaçmağa cəhd edərlərsə, soyuq su ilə cəzalandırılırlar. Həbs müddətində bir çox məhkumların başlarına hava gəlib. Bəziləri intihar edərək, digərləri isə eynək şüşəsi ilə özlərinə xəsarət yetirib canlarını qurtarmağa çalışıblar.

Həbsxananın daha bir özəlliyi ondan ibarətdir ki, burada qadın yoxdur. Nəzarətçilərdən tutmuş, həkimlərə kimi hamısı kişidir. Bir çox məhkumlar iyirmi il ərzində heç bir qadın səsi eşitməyiblər. Digər həbsxanalarda nöqsana yol verən məhkumlar bura göndərilir. Altı ya da səkkiz il cəza çəkdikdən sonra əgər özlərini yaxşı aparıblarsa, əvvəlki həbsxanlarına geri qaytarılırlar. Məhkumların saxlandığı yer şkafdan bir az böyükdür və hətta məhkum əlini tam açmaq istəyərkən divara dəyir, amma içərisində hamam, tualet və çarpayısı var.

Məhkumların ay ərzində bir dəfə ailələri ilə görüşmək hüquqları var, amma bunun da qadağaları var. Cinsi münasibət, içki, yemək və məhkumun həyatı ilə bağlı danışmaq qadağandır. 1945-ci ildə John Giles adlı məhkum çamaşırxanadan götürdüyü başqa bir formayla həbsxanadan qaçmağı bacara bilib. Amma maşın şəhər mərkəzinə çatdıqdan sonra o, tutularaq yenidən həbsxanaya qaytarılıb.

Bildirilir ki, buradan hələ heç bir məhkum qaçmağı bacara bilməyib. Həbsxanadan qaçmağı 36 nəfər sınayıb və onlardan 23-ü tutulub, 6-sı güllələnib, 5-i isə itkin düşüb. Onların da öldüyü təxmin edilir. Buradan qaçmağı sonuncu dəfə üç qardaş Frank, Klaranse və John qardaşları sınaqdan keçirib. Hətta onların qaçmağı "Alcatrazdan qaçış” adlı kitabın çapına və sonradan filmin çəkilməsinə səbəb olub. Düzəltdikləri alətlərlə tunel qazaraq dənizə çıxmağa çalışsalar da, onları bir daha görən olmayıb və bildirilir ki, ölüblər. Amma onların xilas olduqdan sonra yaşadıqlarını təxmin edənlər də var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb