• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb”

“Heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb”
26.07.2021 18:41
"İlk günlər koronavirus əleyhinə vaksinlərlə bağlı mənfi düşüncələrlə mübarizə aparmaq çox çətin idi. İnformasiyanın bolluğu, xüsusilə doğru olmayan məlumat çoxluğu səbəbindən vətəndaşlar kimə inanacaqlarını bilmirdilər. Zaman keçdikcə vaksinasiyadan keçən şəxslərin öz şəxsi təcrübələrini qohumları, ətrafları ilə paylaşması nəticəsində onlar deyilən miflərin özünü o qədər də doğrultmadığına şahid oldular".

Anews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

"Ölkəmiz tərəfindən seçilən hər bir vaksində əsas üstünlük təhlükəsizlik və yetəri qədər anticisimlərin yaranmasına doğru fokuslanmışdı. Demək olar ki, vaksinasiyanın əks göstərişləri ilə bağlı mifləri qırmışıq. Yanvar ayından bəri heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb", - deyə o qeyd edib. 

Nazirliyin nümayəndəsi bildirib ki, əks göstərişlər hər bir vaksinə xasdır. Bu da bədənin yaranan anticisimlərə verdiyi cavab reaksiyasıdır:

"Tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsi daha yaxşıdır. Çünki orada anticisimlər yaranır və immunitet qazanılır. Bu, bədənin virusa qarşı mübarizəsidir. Həkimlər hərarət müəyyən dərəcəyə qədər yüksələn zaman onu düşürməməyi tövsiyə edirlər. Çünki bu, orqanizmin verdiyi təbii cavab reaksiyasıdır”.

G.Quluzadə bildirib ki, gündəlik vaksinasiya tablosuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxmadan vaksin oluna bildiyini müşahidə etmək mümkündür:
"Burada maarifləndirmə işi hər zaman önəmlidir. Çünki tibb işçiləri digər əhali qruplarına nisbətən daha çox məlumatlıdırlar. Məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, əhali doğru istiqamətə yönləndirilsin”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol