Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu, ilk növbədə ziyarət zamanı zəvvarlara veriləcək qurbanlıq qoyunlara aiddir. Belə ki, Həccdə qurbanlıq qoyunların bu il 160-170 dollara təklif edilməsi gözlənilir. Bundan başqa, zəvvarlar üçün ziyarət ödənişinə daxil olmayan digər ehtiyacların da qiymətlərində artım var.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !