Həccdə təhlükə

09:15 | 02.10.2014
Həccdə təhlükə

Həccdə təhlükə

Şimal-qərbi Afrikada Ebola virusunun yayılması və Yaxın Şərqdə münaqişələr bu il Məkkədə Həcc ziyarətinə öz təsirini göstərə bilər. Yaxın Şərqdə İŞİD təhlükəsi gündəmdə olsa da, Məkkədə olan zəvvarlar burada təhlükəsizlikdə olduqlarına inanırlar.«İŞİD» qorxaqlar dəstəsidir, onlar sadəcə İslamdan öz xeyirləri üçün istifadə edirlər. İnşallah, Allahın köməyilə biz burada təhlükəsizlikdəyik və hər şey yaxşı olacaq. Əgər nəsə baş verməlidirsə, hər yerdə baş verə bilər. Burada olmasa, dünyanın istənilən nöqtəsində ola bilər. Tanrı bizi qoruyacaq.» - deyə, amerikalı zəvvarlardan biri belə eyib.Digər bir təhlükə olan Ebola virusunun qarşısını almaq üçün isə Səudiyyə Ərəbistanı hökuməti bu il Ebola virusunun yayıldığı Syerra-Leone, Liberiya və Qvineya kimi Afrika ölkələrindən zəvvarlara viza verməyib. Kəbə ətrafında dövr edən izdiham arasında zəvvarlar özləri sağlamlıq tədbirləri görür və qoruyucu maskalar taxırlar.Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi də virusun yayılmaması üçün tədbirlər görür. Əl-Nur xəstəxanasının həkimi Manal Mərsurun sözlərinə görə, bu günədək Səudiyyə Ərəbistanı Krallığında bir dənə də Ebola virusuna yoluxma halı qeydə alınmayıb.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM