Həftənin ilk günü hava əsasən yağmursuz olacaq

19:00 | 05.01.2014
Həftənin ilk günü hava əsasən yağmursuz olacaq

Həftənin ilk günü hava əsasən yağmursuz olacaq

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaq.

Dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM