Həftənin ilk iş günü hava necə olacaq?

18:00 | 29.06.2014
Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat hazırlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 19-23° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-23° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-25° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.

Qafqazinfo

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM