Həftənin ilk iş günündə bu yollar bağlanacaq

12:00 | 24.05.2015
Həftənin ilk iş günündə bu yollar bağlanacaq

Həftənin ilk iş günündə bu yollar bağlanacaq

Mayın 25-də Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı paytaxt sakinlərinə, avtomobil sahiblərinə və sürücülərə müraciət edib. 


ANN.Az-ın məlumatına görə, Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a bildirib ki,  Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar olaraq mayın 25-də, saat 16:30-dan başlayaraq gecə saat 12-dək paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Belə ki, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Vaqif Əsədovun sözlərinə görə, sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəbəsəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.
Yol polisi sürücülərdən xahiş edir ki, qeyd olunan müddətdə küçə və yollarda təhlükəsizliyin tə

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM