Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu - VİDEO

18:16 | 07.06.2019
Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu - VİDEO

Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu - VİDEO

Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan əməliyyat bir gəncin həyatını alt-üst edib.
Oxu.Az-ın məlumatına görə, bel nahiyəsində qıl dönməsi şikayəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Seymur Əlizadəyə dermatol kista diaqnozu qoyularaq əməliyyata alıblar.
Hadisə də elə bundan sonra baş verib. 15 dəqiqə davam edən əməliyyat sonrası xəstənin vəziyyəti ağırlaşıb və o, komaya düşüb. 
Xəstənin anası bir neçə gün sonra oğlunu əməliyyat edən cərrah Fəxrəddin Nəzərli və baş həkim Cəlil Nəzərovla dəfələrlə əlaqə saxlayaraq kömək istəyib. Baş həkim əvvəl müalicə üçün xəstəni xarici ölkəyə göndərəcəyinə söz versə də, sonra fikrindən daşınıb.
Məsələ ilə bağlı həm Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovla, həm də cərrah Fəxrəddin Nəzərli ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Baş həkimin müavini Asif Əliyevlə əlaqə yaratdıq. Onun cavabı isə belə oldu:
"İş prokurorluqdadır, gedin, işinizlə məşğul olun”.
Qeyd edək ki, yatağa məhkum olan Seymur Əlizadə yaxın günlərdə ata olacaq.
Daha ətraflı videosüjetdə:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM