Həkim yeni doğulan körpəni şikəst etdi

09:29 | 14.12.2019
Həkim yeni doğulan körpəni şikəst etdi

Həkim yeni doğulan körpəni şikəst etdi

Rusiyanın Krasnokamenski şəhərində həkim səhlənkarlığı yeni doğulmuş körpəni şikəst qoyub.

Qeysəriyə əməliyyatına uyğun olan xəstəyə normal doğuş təyin edən mama-ginekoloq doğulan uşağın sağlamlığına ciddi ziyan vurub.

"Rossiyskaya qazeta”nın xəbərinə görə, nəticədə körpənin şikəst qalmasına səbəb olan ginekoloq məsuliyyətə cəlb olunub.
O, günahını etiraf etməyib.

Məhkəmə qərarına görə, iki il altı ay müddətinə həbs edilən həkimin iki il ərzində ixtisası üzrə fəaliyət göstərməsinə qadağa qoyulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb