Bilsuvarda naməlum şəxslər həkimin əl-ayağını bağlayaraq evini yarıblar.
İstiPress-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun mərkəzindəki küçələrdən birində baş verib. Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıblar. Ardıncan evdə olan qızıl-zinət əşyalarını götürərək aradıan çıxıblar. Artıq hadisə ilə bağlı polisə məlumat verilib.Cinayətkarların tapılması istiqamətində araşdırma aparılır.
Qeyd edək ki, Göyçək İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanısının Laboratoriya şövbəsində çalışır.
anews.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !