Həkimlər pasientin dilini kəsdilər, sonra qolundan dil düzəltdilər

20:48 | 20.02.2019
Həkimlər pasientin dilini kəsdilər, sonra qolundan dil düzəltdilər

Həkimlər pasientin dilini kəsdilər, sonra qolundan dil düzəltdilər

Böyük Britaniyada qadın ağır xəstəlik üzündən dilini itirib. Coanna Smitin ağız boşluğunda xərçəng aşkar edilib. Həkimlər onun dilini kəsmək məcburiyyətində qalıb.
Bizimyol.info xəbər verir ki, ona əməliyyatsız yalnız 8 ay yaşaya biləcəyini demişdilər. 58 yaşlı qadın əməliyyata razılıq verməyə məcbur olub. Onun badamcıq vəzisini və dişlərinin bir hissəsini də götürüblər.

Bir neçə ay sonra həkimlər özünü ifadə etməkdən məhrum olan qadına kömək etmək qərarına gəliblər. Onun ayağının dərisindən və damarlarından istifadə ediblər. İlk cəhd uğursuz alınıb. Həkimlər ikinci əməliyyatda istəyinə çatıb. Onun sol qolunun dərisi tam uyğun gəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM