7 qat "Formula-1" çempionu Mixaelin Şumaxerin olduğu hospitalın həkimləri son vaxtlar diqqətlərini pilotun beyin hüceyrələrinin vəziyyətinin öyrənilməsinə cəmləyiblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Bild" qəzeti xəbər yayıb.Almaniya qəzeti yazır ki, M.Şumaxerin vəziyyəti sabit ağır olaraq qalır. Hazırda həkimlər əfsanəvi idmançının beyin hüceyrələrinin hansının zədələndiyini, hansının isə fəaliyyət göstərdiyini öyrənirlər.Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel şəhərində xizəklə sürüşən M.Şumaxerin yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !