Helikopter qəzası ilə bağlı cinayət işi açılıb

16:25 | 30.11.2021
Helikopter qəzası ilə bağlı cinayət işi açılıb

Helikopter qəzası ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda deyilir:
 
"Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir".










 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM