Helikopterdə ölən və yaralananların adları açıqlandı - SİYAHI

16:10 | 30.11.2021
Helikopterdə ölən və yaralananların adları açıqlandı - SİYAHI

Helikopterdə ölən və yaralananların adları açıqlandı - SİYAHI

Helikopter qəzasında 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
 
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.
 
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar.

polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
mayor Həsənov Elmir Mircəlil oğlu;
mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
mayor Mayılov Emil Şahid oğlu;
mayor Məmmədov Murad Yaşar oğlu;
mayor Əliyev Emil Elman oğlu;
tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
kapitan Bayramlı Cavid Əhliman oğlu;
kapitan Əliyev Xəyyam Əlixan oğlu;
kapitan Qaraisayev Teymur Ənvər oğlu;
leytenant Süleymanov Abdulla Telman oğlu;
baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb. 


 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM