Helikopteri raketlə vurdular: 2 pilot öldü

12:58 | 02.12.2019
Helikopteri raketlə vurdular: 2 pilot öldü

Helikopteri raketlə vurdular: 2 pilot öldü

Yəməndə fəaliyyət göstərən Husi üsyançıları Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə aid "AH-64D Apaçi” tipli hücum helikopterini 29 noyabrda vurub.
Publika.az xəbər verir ki, hadisə nəticəsində iki pilot ölüb.

Üsyançılar hadisənin görüntülərini bir neçə gün sonra yayımlayıb.
Qeyd edək ki, Husilər İranın dəstəyi ilə SSRİ dövründən qalma qısa mənzilli havadan havaya raketlərini müasirləşdirərək yerdən göndəriləcək formaya salıb.

Bu raketlər uzun mənzili ilə yerdən 3 min 300 metr yuxarıda uçan hədəfləri vurur. Pilotsuz Uçuş Aparatlarını isə xüsusi olaraq yaxşı hədəf ala bilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM