Oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən və cəsədləri 2023-cü ilin dekabrında Qəzza zolağında tapılan girovlar Nik Beiser, Ron Şerman və Elia Toledano İsrailin hücumu nəticəsində həlak olublar. Bu barədə İTV Kanal 12 məlumat yayıb.
Məlumata görə, noyabrın 24-də İsrail HƏMAS-ın yüksək rütbəli komandiri, Şimali Qəzza briqadasının rəhbəri Əhməd Andorun ölümünə səbəb olan zərbə endirib.
Lakin ordu həmin an yaraqlının yanında israilli girovların olduğunu bilməyib. NəticədəAndor ilə bərabər onlar ölüblər.
Onların cəsədləri 2023-cü il dekabrın ortalarında İsrail əsgərləri tərəfindən tuneldə aşkar edilib. Bundan sonra ordu onların ölüm şəraiti ilə bağlı araşdırmaya başlayıb.
2024-cü ilin yanvarında girovların İsrailin hücumu nəticəsində ölmüş ola biləcəyinə dair məlumatlar yayılmağa başlayıb. İsrail ordusu bunu rəsmən təsdiqləməyib və onların ölüm səbəbini dəqiq müəyyən etməyin mümkün olmadığını bildirib.
2024-cü ilin mayında əlavə məhkəmə ekspertizalarının nəticələri açıqlanıb. Onlardan məlum olub ki, İsrail ordusunun hücumu nəticəsində üç girov ölüb.
2024-cü ilin avqustunda ordu nümayəndələri həlak olanların ailələrinə baş çəkərək bu tapıntıları onlara təqdim ediblər.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !