Fələstinin HƏMAS müqavimət hərəkatı ölü olaraq tapılan israilli üç yeniyetmənin oğurlanmasına görə məsuliyyəti üzərinə götürüb.SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə Hərəkat nümayəndəsi Saleh Əruri məlumat verib.Onun sözlərinə əsasən, yeniyetmələrin oğurlanmasında törətdikləri əməl barədə rəhbərliyə məlumat verməyən HƏMAS üzvləri günahkardırlar. Belə ki, o, oğurluq faktından nə HƏMAS rəhbərliyinin, nə də onun hərbi qanadının agah olduğunu bildirib.Xatırladaq ki, bu il iyunun 30-da İordan çayının Qərb sahilində üç israilli yeniyetmənin cəsədi aşkarlandıqdan sonra İsrail və Qəzza zolağı arasında gərginlik kəskin şəkildə artıb. İsrailin baş naziri Binyamin Netanyahu yeniyetmələrin ölümündə ərəb təşkilatını ittiham edib və "HƏMAS buna görə cavab verəcək" bəyanatını verib.Tərəflər arasında həmin vaxtdan etibarən başlayan münaqişə nəticəsində iki mindən çox fələstinli, təxminən 70 israilli (onlardan dördü dinc sakindir - red.) həlak olub.
Münaqişə tərəfləri arasında Misirin təşəbbüsü ilə Qahirədə keçirilən uzunmüddətli sülh barədə danışıqlar isə dalana dirənib və avqustun 19-da ləğv edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !