HƏMAS-ın qurucularından biri hesab olunan Muhammed Taha bu gün Qəzzada müalicə aldığı xəstəxanada vəfat edib. İsrail 77 yaşlı M.Taha 2003-cü ildə nəzarət altına almışdı.ANN.Az xəbər verir ki, bu barəfə HƏMAS-ın hərbi qanadı olan "İzəddin Əl Qasam" Briqadası sosial şəbəkədə məlumat verib. M.Tahanın hansı xəstəlikdən vəfat etdiyi açıqlanmır.
Muhammed Taha 1937-ci ildə Fələstində anadan olub. 1987-ci ildə HƏMAS-ın yaradılmasında mühüm rol oynayıb. Uzun müddət Şeyx Əhməd Yasinlə birlikdə çalışıb.Taha 2003-cü ildə İsrail əsəgrlərinin açdığı atəş zamanı yaralanıb və həbs olunub. Bir il sonra isə sərbəst buraxılıb. Tahanın 5 övladı var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !