Həmədani: "İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"

18:39 | 01.09.2015
Həmədani:

Həmədani: "İnanıram ki, Qarabağ tez bir zamanda işğaldan azad olunacaq"


İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir

"Qarabağ Azərbaycanın qədim torpağıdır, inanıram ki, bu torpaq tez bir zamanda işğaldan azad olunacaq".

"Report"un məlumatına görə, bunu İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib.

O, qədim tarixə malik ölkədə - Azərbaycanda olmasından çox şad olduğunu qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məni ölkəyə dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm".

Həmədani bildirib ki, İslam dini bərabərlik, həmrəylik dinidir: "Mən Azərbaycanda bu bərabərliyi, həmrəyliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti əvvəlki dövrlərdən daha çox əhəmiyyət kəsb edir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti