Həmid Herisçidən iddialı roman: "Solaxay" - MÜSAHİBƏ

15:23 | 26.11.2013
Həmid Herisçidən iddialı roman: "Solaxay" - MÜSAHİBƏ

Həmid Herisçidən iddialı roman: "Solaxay" - MÜSAHİBƏ

"Sağ tərəfimdən küsmüşəm"
"Yaradıcılığımın sağəlli dövrü keçmişdə qaldı" 
Yazıçı-publisist Həmid Herisçi Azərbaycan ədəbiyyatında daha bir yeniliyə imza atıb. Belə ki, o, ilk dəfə olaraq sol əllə yazılmış romanını nəşrə hazırlayır. Roman gələn ilin yanvar ayında "Zero" nəşriyyatında çap olunacaq.
Əsər sol əllə yazıldığından "SOLAXAY" adlanır. Eyni zamanda Həmid Herisçi özü də solayaxdır, ancaq indiyədək yazıdığı əsərləri sağ əllə yazıb. Müəllif qeyd edir ki, bu addımı ilə o, özünə, keçmişinə qayıdır, bir sözlə, sağ keçmişi ilə vidalaşır.
- Həmid bəy, necə oldu ki, siz ənənəni pozaraq sol əllə yazmağa başladınız? Bəlkə, sağçılıqdan imtina edirsiniz?
- Bütün bunların cavabını yeni romanım verəcək.
- Sol əlin özəlliyi nədir ki... Məgər sağ əllə roman alınmır?
- Deyərdim ki, sol əl daha həssasdır, duyğuludur. Sol əllə yazanda insanın bütün hissiyyatı və vücudu ekstaz vəziyyətə gəlir. Təsadüfi deyil ki, bütün hərəkətlər, dünyanın düzəninin dəyişməsi solla başlayır.
- Yaxşı, maraqlıdır, solçu Həmid Herisçi bu vaxta qədər niyə sağla yazırdı?
- Mənim dünyadan küsməyim çox orijinal alındı. Həm də öz sağ tərəfimdən küsdüm. Qərara almışam ki, bundan sonra sağ tərəfimi iflic edərək bütün hərəkətləri yalnız solla yönləndirim. Bununla bağlı romanda xeyli maraqlı bilgilər, çözüləcək şifrələr var. Bu haqda indidən danışmaq istəzdim. Roman ilk baxışdan, bəlkə də, Den Braun romanlarına bənzəyəcək, amma oxuyandan sonra görəcəksiniz ki, bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki, bu cür mövzulara keçməyib.
- Gündəliyinizə baxdım və sol əllə yazdıqlarınızın sağ əllə yazdıqarınızdan fərqini gördüm.  Bu, bəlkə də, təbiidir.
- Əslində, mən həm sağ, həm də sol əlimlə yazan nadir qələm sahiblərindənəm. Belələrinə, elmdə "ambidekstr" deyilir. Sizə təqdim etdiyim fəsildə elə "Ambidekstr" adlanır. Oxuyun, həmin mövzu ətrafında bəzi gizlinlər sizə aydın olar?
- Amma başqa bir məsələ var. Necə düşünürsünüz, bundan sonra ədəbi mühitdə "solaxaylıq" xəstəliyi yayılmazmı, çoxları bu epidemiyaya yoluxmazmı?
- Bəli, bununla çoxlarını ağır epidemiyaya yoluxduracağıma inanıram. Və gözləyirəm ki, ardıcıllarım olacaq.
- Əslində, sizin ardıcıllarınız həmişə olub? Amma bu dəfə çox çətin olacaq...
- Olsun da. Qoy, bir az da çətinlik çəksinlər.
- Bax, mən sol əllə yaza bilmirəm. Tutaq ki, bir gün bütün xəbərləri sol əllə yazdım. Nə dəyişəcək?
- Eləyin. Möhtəşəm nəticəsini görəcəksiniz. Həyatınızda möcüzələr dönəmi başlayacaq. İnanın ki, dəyər.
- Romanın ilk oxucusu kimdir?
- Həyat yoldaşım İlhamiyyə Rzayeva.
- O, bu xəstəliyə yoluxmayıb ki?
- Az qalıb.
Şəmşad AĞA
Qaynar.info 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM