Anews.az xəbər verir ki, özünün feysbuk hesabında məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir.
Onun sözlərinə görə, bu məsləyə çox ciddi yanaşılmalıdır.
"Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip şəkdirdiyi barədə xəbər yayıldı. Həmçinin həmin görüntülər də yayıldı.Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir.
Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən depot edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır", - deyə millət vəkili qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !