Həmin verilişlər xalqın mənəviyyatını pozur - Deputat

14:20 | 07.11.2024
Həmin verilişlər xalqın mənəviyyatını pozur - Deputat

Həmin verilişlər xalqın mənəviyyatını pozur - Deputat

Bəzi özəl kanallarda yayımlanan sosial verlişlər əhalinin məişət zorakılığı üçün şərait yaradır. Bunu deputat Siyavuş Novruzov deyib. 
 
"Efirlərdə zorakılığı daha da təbliğ edən verilişlər yayımlanır. Bir verlişin aparıcısı özünü vəkil, prokuror, hakim, polis kimi aparır. Həmin verlişlərdə oturan ekspertlər isə nə gəldi danışırlar. Səriallar da həmçinin əhalinin tərbiyəsinə pis təsir edir. İnsanlar həmin obrazlara oxşamağa çalışırlar. Camaatın mənəviyyatını pozurlar. Qanunlarla bu məsələlərin üzərinə getməliyik. Televiziya özəldirsə, nə gəldi verməlidir deyə anlayış yoxdur. Heç kimə ixtiyar verilmir ki, millətin mənəviyyatını pozsun", - deputat "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM