Həmyerlimiz seçkidə erməniyə qalib gəldi

15:46 | 23.09.2014
Həmyerlimiz seçkidə erməniyə qalib gəldi

Həmyerlimiz seçkidə erməniyə qalib gəldi

Ümumrusiya Azərbaycan Konqresinin üzvü Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasının  deputatı seçilib. ANN.Az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, hakim Vahid Rusiya Partiyasının üzvü olan Elşən Həmzəyev 14 sentyabr seçkisində Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürüb və 34,47 faizinin səsini alaraq erməni rəqibi Sergey Minasyana asanlıqla qalib gəlib.1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.25 ildir Rusiyada yaşayan həmyerlimiz  1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür