Həmyerlimizdən oğurlanan 2.7 milyon dollar Türkiyəni qarışdırdı

11:39 | 28.11.2013
Həmyerlimizdən oğurlanan 2.7 milyon dollar Türkiyəni qarışdırdı

Həmyerlimizdən oğurlanan 2.7 milyon dollar Türkiyəni qarışdırdı

İstanbulun Atatürk hava limanından Moskvanın Şeremetyevo limanına uçan təyyarə sərnişinindən oğurlanan 2,7 milyon dollar Türkiyə hüquq-mühafizə orqanlarını ayağa qaldırıb.   “Axar.az”ın məlumatına görə, Türkiyə hüquq-mühafizə orqanları bu qədər böyük vəsaitin hava limanında qeyd edilmədən necə keçirildiyini aydınlaşdırmağa çalışırlar. Çünki Türkiyə qanunvericiliyinə görə, heç bir bəyannamə doldurmadan ölkə xaricinə yalnız 5 min ABŞ dolları məbləğində vəsaiti çıxarmaq mümkündür. Burda isə məbləğ fantastikdir.   Xatırladaq ki, “Axar.az” Rusiya mətbuatına istinadən Şeremetyevo hava limanında Türkiyədən gələn bir sərnişindən 2,7 milyon dollar oğurlandığını ilk olaraq xəbər vermişdi. Daha sonra isə hadisənin detalları haqqında ilkin məlumat yayıldı və soyulan sərnişinin azərbaycanlı Zaur Qədimov olduğu haqqında rəsmən təsdiqlənməyən iddialar ortaya çıxdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM