"Həndbol üzrə Azərbaycan çempionatını ləğv edilmiş saymaq olar. Çünki bu şəraitdə yarışı davam etdirmək mümkün deyil”.
Bunu Oxu.Az-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
O, həndbol üzrə yarışların ləğv ediləcəyini bildirib:
İki həftəlik sərt karantin rejimi tətbiq olunur. Üstəlik, minimum avqustun 1-dək Azərbaycanda karantin rejimi olacaq. Bu müddətdə idman zallarının açılacağı güman edilmir.
Əslində, sentyabrda yarışı davam etdirmək olar. Amma bu, bizə sərf etmir. Çünki yeni mövsümə oktyabr-noyabrdan başlamaq istəyirik. Rusiya da həndbolu dayandırıb. Yəqin, Gənclər və İdman Nazirliyi də keçirməyə icazə verməyəcək. İdman zalları xəstəxanaya çevrilsə, yerimiz də olmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !