Qaynarinfo.az xəbər verir ki, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər.
Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır. Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək.
Qeyd edək ki, "Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (matc.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !