Henrix Mxitaryan Bakıya gələcəkmi?

17:30 | 10.05.2019
Henrix Mxitaryan Bakıya gələcəkmi?

Henrix Mxitaryan Bakıya gələcəkmi?

Avropa Liqasında finala vəsiqə qazanan "Arsenal" problemlə üzləşib.
 
Qaynarinfo.az xəbər verir ki, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər.


Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır. Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək.


Qeyd edək ki, "Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (matc.az)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb