Hər 10 dəqiqədən bir vətənsiz körpə doğulur - DÜNYADA

13:33 | 03.11.2015
Hər 10 dəqiqədən bir vətənsiz körpə doğulur - DÜNYADA

Hər 10 dəqiqədən bir vətənsiz körpə doğulur - DÜNYADA

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyada hər 10 dəqiqədən bir vətənsız uşağın anadan olduğunu açıqlayıb.

ANN.Az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı "Vətənsiz uşaqlar" adlı hesabatını hazırlayıb və onu açıqlayıb. Hesabat 250-dən çox vətənsiz uşaq və onların ailələri ilə görüşülərək hazırlanıb, vətənsiz uşaqların demək olar ki, hamısının "ayrı-seçkilik, ümidsizlik və pəjmürdəlik" kimi duygular paylaşılıb.

Hesabatda 7 ölkə üzrə qaçqın düşən, vətəni olmayan uşaqlarla görüşülüb və onların özlərini "dəyərsiz, gözəgörünməz, yad, birilərinin kölgəsində yaşayan və küçə köpəyi" kimi tanındıqlarını qeyd olunub.

BMT-nin hesabatında qeyd olunur ki, digər ölkəlrə sığınan qaçqın və vətənsiz uşaqların təhsili, səhhəti, eləcə də valideynlərinin iş problemləri "aşılmaz əngəllərlə" qarşı-qarşıyadır və həm uşaqar, həm də ailələri psixoloji basqınalara məruz qalırlar.

Hesabata görə, üxtəlif səbəblərə ucbatından hər hansı bir yerə aid olduğu bilinməyən və bu səbəbdən 20 ölkədə məskunlaşan qaçqın ailələrdə hər il ən azı 70 min körpə dünyaya gəlir. Bu isə dünya üzrə hər 10 dəqiqədən bir vətənsiz uşağın dünyaya gəlməsi demıkdir. 30-dan çox ölkədə doğulan uşaqlara doğum şəhadətnaməsi verilmir.

BMT dünya üzrə10 milyon qaçqının olduğunu elan edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM