Hər 100 azərbaycanlıya 110 mobil telefon düşür - rəsmi statistika

10:34 | 25.07.2014
Hər 100 azərbaycanlıya 110 mobil telefon düşür - rəsmi statistika

Hər 100 azərbaycanlıya 110 mobil telefon düşür - rəsmi statistika

İnternetə görə 148 ölkə arasında 59-cu yeri tuturuq.Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.RYTN-nin mətbuat xidmətindən verilən məlumata görə, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.“Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Hökumət müayinəsi 2014” adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014-cü ilin I yarımilliyi ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13,0% artıb.Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 55-ə, kompüter istifadəçilərinin sayı isə 62-yə bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlılığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatdırılıb. Eyni zamanda ölkə əhalisinin yaşadığı ərazilərin 97,5%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib”, - məlumatda deyilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM