Hər gün 600 nəfər bu bəlanın qurbanı olur

16:30 | 27.06.2015
Hər gün 600 nəfər bu bəlanın qurbanı olur

Hər gün 600 nəfər bu bəlanın qurbanı olur

Birləşmiş Millətlər Təşkilatı (BMT) Narkotik və Cinayətkarlıq üzrə idarəsi direktoru Yuri Fedotov narkotikdən ölənlərin sayını açıqlayıb. 

ANS PRESS-in məlumatına görə, BMT nümayəndəsi Yuri Fedotov dünyanın müxtəlif yerlərində aparılan statistik ölüm nəticələrinə baxdıqda, hər gün ümumi olaraq 600 nəfərin narkotik istifadə səbəbilə dünyasını dəyişdiyini açıqlayıb. O, bu barədə 2015-ci il Narkotik Hesabatının açıqlandığı mətbuat toplantısında səsləndirib. 

Yuri Fedotov beynəlxalq sahədə narkotik ticarətininq arısının alınmasının vacibliyini vurğulayıb. 

"Yüksək narkotik maddə və uyuşdurucu istifadəsi səbəbilə dünyada hər gün 600 nəfər dünyasını dəyişir. Qəbul edilməsi mümkün olmayan bu ölümlər ailələr və cəmiyyət üçün qorxunc nəticələr doğurur”, – deyə o, hesabatda bildirib.

Sonda, Yuri Fedotov bütün ölkələri bu problemi həll etmək üçün ortaq şəkildə hərəkət etməyə çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM