Hər il 287 000 qadın hamiləlik və ya doğuş zamanı ölür

10:07 | 31.05.2024
Hər il 287 000 qadın hamiləlik və ya doğuş zamanı ölür

Hər il 287 000 qadın hamiləlik və ya doğuş zamanı ölür

Hər il 287 000 qadın hamiləlik və ya doğuş zamanı ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabtında bildirilib.
 
Məlumata görə, 4,9 milyon uşaq 5 yaşına çatmamış qarşısı alına bilən səbəblərdən vəfat edib. 1,9 milyon usaq isə ölü doğulub.
 
Son doqquz ildə isə ana ölümü səviyyəsi 14,4%-dən 17,8% qədər artıb.
 
Azərbaycanda Səhiyyə Nazirliyinin hesabatına görə, 2016-2021-ci illər arasında ana ölümlərinin sayı 121 nəfər təşkil edib. 2016-ci illə müqayisdə ana ölümlərinin səviyyəsi 13.8-dən 17.8 qədər artıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür. 

 
2020-ci ildə dünyada  təxminən 287 min ana ölümü baş verib. 

Ən yüksək  ana ölüm göstəriciləri dünyanın ən yoxsul ərazilərində və münaqişəli ölkələrdə baş verir. 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Saharadan cənubda Afrikada baş verib. 
 
BMT Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir, əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb