Hər il dünyada 5 milyard ağac kəsilir. Bunu Femmes Digitales-in təsisçisi və baş direktoru Jana Krimpe deyib.
"Dünyada hər il 5 milyard ağac kəsilir. Bu yaxşı nəticə deyil. Yaşıl enerjiyə keçid üçün ağacların qorunması layihələri çoxaldılmalıdır. Azərbaycanda bununla bağlı 300 milyonluq əməliyyat keçirilib. Gündəlik həyatımızda kağız əməliyyatalarından yayınmalıyıq",- Jana "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !