“Hər sahədə qiymət artımı qaçılmazdır” – EKSPERT RƏYİ

13:20 | 14.01.2014
“Hər sahədə qiymət artımı qaçılmazdır” – EKSPERT RƏYİ

“Hər sahədə qiymət artımı qaçılmazdır” – EKSPERT RƏYİ

Ölkənin ən tanınmış iqtisadçıları 2014-cü ildə Azərbaycanda ciddi qiymət artımının gözlənildiyi barədə xəbərdarlıq edirlər. Ötən ilin sonunda yanacağın qiymətinin artması, hətta yeni ildən sonra da artırılacağı barədə fikirlər cəmiyyətdə təşviş yaradıb. Bəzi nəqliyyat növlərində qiymətlər süni şəkildə qaldırılıb. Amma hökumət tənzimlənən həmin sahələrdə qiymət artımının qarşısını ala bilib. Buna baxmayaraq, ekspertlər həmin siyasətin müvəqqəti olduğunu və qiymət artımın qarşımızdakı günlərdə reallaşacağını bildirirlər. Hətta bəzi sahələrdə 10-20 faiz həcmində qiymət artımı artıq müşahidə olunmağa başlayıb.
ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev hökumət tərəfindən tənzimlənən sahələrdə qiymətlərin artırılmasının, tənzimlənməyən sahələrə təsirinin təbii olduğunu bildirib.
A.Mehdiyev açıqlamasında infilyasiyanın da hökumətin elan etdiyi səviyyədən daha yüksək olacağını qeyd edib: “Bahalaşmanın olacağı təbiidir. Ona görə ki, dekabrın 2-də yanacağlın qiymətinin qaldırılması ilə bağlı verilən qərar bahalaşma üçün baza rolunu oynayır. Yanacaqdan istifadə edən istehsal sahələrində qiymət artımı yalnız məhsulun qiymətinin qaldırılması ilə nəticələnə bilər. Bundan başqa enerji istehsalı ilə bağlı tələb olunan qazın da iki dəfə qalxması da, elektrik enerjisi istehsalının iki dəfə qalxmasına səbəb olub. Demək, bütün sahələrdə enerji daşıyıcılarının qiymətinin qalxması ümumilikdə qiymətlərin qalxmasına rəvac verir. Bundan başqa, müzakirələr zamanı bəlli oldu ki, bu il kommunal xidmətlərin də qiymətinin qaldırılması gözlənilir. Yəni dövlət tərəfindən tənzimlənən sahələrdə qiymət artımın olması, digər sahələrdə də qiymət artımını qaçılmaz edəcək. Xüsusilə, ictimai nəqliyyatda qiymət artımı qaçılmazdır. Bununla yanaşı, nəqletmə, daşınma sahəsində də qiymətlərin artımı gözləniləndir. Düzdür, hökumət öz proqnozlarında infilyasiyanın səviyyəsinin 4-5 faiz olacağını nəzərdə tutur. Lakin hökumət baza infilyasiyasını nəzərdə tutur. Yəni, tənzimlənən sahələr üzrə infilyasiya həcmi o qədər ola bilər. Ümumilikdə tənzimlənməyən sahələrdə qiymətlərin artması, infilyasiyanın səviyyəsinin daha yüksək olacağına əsas verir” – deyə A.Mehdiyev bildirib.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM