"Hər şeyə rəğmən..." - Dəhşətlər şəhərindən FOTOLAR

19:28 | 19.02.2015

"Hər şeyə rəğmən..." - Dəhşətlər şəhərindən FOTOLAR

Uzun müddət şiddətli döyüşlərin yaşandığı Kobanidən dəhşətli görüntülər yayılmağa başlayır.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, ölən İŞİD üzvlərinin cəsədləri xüsusi geyimli və maskalı adamlar toplayırlar. Cəsədlər traktorlara yüklənərək şəhərkənarındakı toplu bir məzarlığa götürülür.

Şəhərdə xəsarət almayan, dağılmayan elə bir ev, elə bir küçə, elə bir məhəllə qalmayıb. Xarabaya çevrilən məhəllələrdə əzilib-qalmış çox sayda avtomobillər, maşınlar görmək mümkündür. Hər küncündən döyüş, ölüm qoxusu gələn küçələrdə partlamamış minaların, bombaların olma ehtimalı daha çoxdur.

Bütün bunlara baxmayaraq, Türkiyəyə sığınan suriyalı kürtlər evlərinə dönməyə başlayır, evlərinin inşası üçün hər cür əziyyətə qatlaşmağa hazırlaş olduqlarını nümayiş etdirirlər.  

ANN.Az
 
 



























0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM