"Hərbçi balalarının yaşadığı evə bax, suyun içində yatırlar"- VİDEO

14:14 | 26.11.2020

"Hərbçi balalarının yaşadığı evə bax, suyun içində yatırlar"- VİDEO

 Müəllif: Samirə Əliyeva
Gülbəniz ana evin xalçasını qaldırıb, kiflənmiş döşəməni göstərib deyir: "Hərbçi balalarının yaşadığı evə bax, suyun içində yatırlar". Qadın oğullarından danışdıqca dili əsir, gözləri dolur. Gözlərində yaşadığı ağrıları hiss etmək olurdu. Düşünün, gənc qadın ailəsi ilə birgə öz torpağından didərgin düşür, tanımadığı şəhərdə məskunlaşır, süpürgəçi işləməyə məcbur qalır. Oğullarını sığındığı qaranlıq və yad bir otaqda böyüdür. İndi o oğullar vaxtilə qovulduqları torpaqlarına sahib çıxmaq üçün düşmənlərlə vuruşur. Bir tərəfdən də Ağdama qayıdacaqları günün xəyalını qurur. İnanır ki, oğullarının balaları doğma yurdlarında daha rahat və sağlam evlə təmin olunacaqlar.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM