Sahil Babayev daha az adamın pensiya alması üçün çalışır -millət vəkili /VIDEO

13:59 | 24.05.2024
Sahil Babayev daha az adamın pensiya alması üçün çalışır -millət vəkili  /VIDEO

Sahil Babayev daha az adamın pensiya alması üçün çalışır -millət vəkili /VIDEO

Əmək və Əhalinin Müdafiəsi naziri adamların daha az pensiya alması üçün çalışır. Bunu deputat Qüdrət Həsənquliyev Milli məclisdə "Əmək pensiyaları haqqında”qanunun müzakirəsi zamanı buildirib. 
 
Onun sözlərinə görə,  yeni qanunda hərbçilərin təqaüd almaq hüququ pozulur.

"Qanunda var ki, hərbçilər 25 il xidmət etdikdə pensiyaya çıxa bilirdilər. Sonradan ehtiyac yarandığı halda  başqa yerdə işə girərkən əməkhaqqı ilə yanaşı pensiya da alırdılar. İndi isə işləyən təqaüdçü hərbçilər pensiyadan məhrum ediləcəklər. Bu ədalətli qərar deyil. Şəxs pensiya fonduna 25 il vəsait köçürüb və bu onun öz puludur. Onları bundan məhrum etmək doğru deyil”, - deputat mayın 24-də "Əmək pensiyaları haqqında”qanuna münasibət bildirərkən deyib. 

Azərbaycanda hərbçilər 25 ildən sonra təqaüdə çıxır və bundan sonra başqa yerlərdə işə düzəldiyi halda əmək haqqı ilə bərabər təqaüd də alırlar. Yeni qanun isə onların bu hüququnu məhdudlaşdırır.

 

Gülnar Nazımqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM