• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı - Nazirlikdən açıqlama

Hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı - Nazirlikdən açıqlama
22.01.2021 19:12
Maliyyə Nazirliyi hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair yayılan məlumatlara münasibət bildirib.

Anews.az-ın məlumatına görə, nazirliyin yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının hərbi qulluqçularının pul və maddi təminatı "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, "döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.

Qeyd olunub ki, Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılmışdır. Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq tərxis edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən "Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb.

"Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaqdır.

Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələrin həyata keçirilməsinə başlanılıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir.
Bununla yanaşı qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.

"Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.

Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif "ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir”, - nazirlikdən bildirilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Siyasət 12:22
Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Siyasət 12:06
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Siyasət 11:58
“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol