Hərbi bazadan 1 milyonluq silah oğurladılar, “eBay”da satdılar

10:45 | 31.08.2017
Hərbi bazadan 1 milyonluq silah oğurladılar, “eBay”da satdılar

Hərbi bazadan 1 milyonluq silah oğurladılar, “eBay”da satdılar

ABŞ-ın Kentukki ştatında "Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi "qara bazarda”, qalanı isə "eBay” vasitəsi ilə satılıb.

Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub.

Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM